YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə: Dost,Qardaş,Müttəfiq

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu birlik, təsadüfi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında oldu və Ermənistanın işğalçı bir dövlət olduğunu bəyan etdi.

“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 104-cü ildönümündə Bakıda keçirilən dünya şöhrətli “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı, bu festifalda Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışları bizi- bütün türk dünyasını duyğulandırdı, qürurlandırdı.

Bu festivalın keçirilməsinin gənclərimizin müasir texnoloji biliklərə yiyələnməsi baxımından maarifləndirici əhəmiyyəti var. Biz bir daha görürük ki, Azərbaycan-Türkiyə dostluğu əzəli və əbədidir.

DİGƏR Xəbərlər Arxiv