YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının əməkdaşları qadın və uşaq sığınacağında olublar

02 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, aparatın əməkdaşları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Binəqədi rayonunda yerləşən qadın və uşaq sığınacağında olublar.

Qadın və uşaq sığınacağını ziyarət edən əməkdaşlar daha sonra mərkəzin sədri Mehriban Zeynalova ilə görüşüb, onların ehtiyacları, problemləri ilə maraqlanıblar. Mehriban Zeynalova sığınacaq barədə onlara ətraflı məlumat verib. Bildirib ki, burada qadınların və uşaqların rahat yaşaması üçün hər cür şərait yaradılıb. O, eyni zamanda sığınacağa təşkil edilən ziyarətə görə təşəkkürünü bildirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib. Ölkəmizdə uşaqların hüquqularının təminatı və onların hərtərəfli inkişafı üçün atılan addımlardan bəhs edib.

Sonda körpələrimiz Bakı Humanitar Kollecin istedadlı kollektivinin ifasında onlar üçün hazırlanan bədii hissəyə və müxtəlif şoulara tamaşa ediblər. 

Görüşün sonunda sığınacaq mərkəzinin sakinlərini hədiyyələr ilə sevindiriblər.

Görüş sığınacaq sakinlərində xoş təəssüratlarla yadda qalıb.

DİGƏR Xəbərlər Arxiv