YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İslam Quliyevin doğum günü qeyd olunub

Birinci Qarabağ müharibəsi şəhidi Quliyev İslam İdris oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının nümayəndələri, partiya fəalları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları İslam Quliyevin xatirəsinə ucaldılan büstü ziyarət ediblər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, 44 günlük Vətən müharibəsində qəhrəman oğulların göstərdiyi şücaətdən bəhs ediblər.

Sonra YAP Laçın rayon təşkilatı tərəfindən şəhidin oğluna hədiyyə təqdim olunub.

Sonda şəhidin adını daşıyan Laçın rayon Fingə kənd tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.