YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda şəhid övladları üçün əyləncəli tədbir keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün bayram şənliyi təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, şəhid ailələri və övladları iştirak ediblər.

Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.

Tədbirin sonunda şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.