YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda şəhid övladlarına bayram hədiyyələri təqdim olunub

Ucar rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev rayonun Çiyni kəndində şəhid Coşqun Məmmədovun, Bağban kəndində şəhid Ağayusif Əliyevin, Bərgüşad kəndində şəhid Şahı Məmmədlinin və rayon mərkəzində şəhid Allahverdi Ələkbərovun ailələrinə baş çəkib, onların Vətənə əmanət qoyduğu övladlarına bayram hədiyyələri təqdim ediblər.

Şəhid ailələri ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.