YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatı “Milli maraqlar və xarici siyasət” mövzusunda növbəti görüş keçirib

YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda gəclərlə keçirilən silsilə tədbirin növbəti qonağı Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov olub.

Əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqın etimadını qazanmaqla tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamını qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların ən bariz nümunəsi heç şübhəsiz Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən bəhs edib. Bildirib ki, azərbaycançılıq  Azərbaycan xalqının, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə - XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşan və ya formulə olunan, nəhayət, kifayət qədər  mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata  keçirilməsi baş tutmuşdur. S. Qurbanov əlavə edib ki, azərbaycançılıq bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Bu da səbəbsiz deyil: “Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanan Azərbaycan Respublikası məhz Ulu Öndərin əsasını qoyduğu ideologiya və strategiya əsasında inkişaf edir. Bir sözlə, azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli-ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Hazırda bu proses uğurla davam edir”.

Tədbirdə 1 iyun - Uşaqların Beynəlxalq  Müdafiəsi Günü ilə əlaqədar olaraq Avaz-2 Televiziya Muğam Müsabiqəsinin qalibi Elxan Məmmədlinin ifası dinlənilib.

Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb, fəal gənclərə hədiyyələr təqdim edilib.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.