YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans başa çatıb

Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans aprelin 17-də başa çatıb.
Konfransın yekun iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildiriblər ki, tədbirdə əsas mövzularla yanaşı, islamofobiya, bəşəriyyətə yeni təhdid və təhlükələr kimi aktual problemlərə dair müzakirələr aparılıb. Müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyətini qeyd edən natiqlər din pərdəsi altında həyata keçirilən aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin birgə səylərinin artırılmasının zəruriliyini diqqətə çatdırıblar.
Digər çıxış edənlər də maarifçilik sahəsində elm və dinin əməkdaşlığının davam etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Konfransın gələcəkdə daha geniş formatda keçirilməsi təklif olunub.

 

DİGƏR Xəbərlər Arxiv