YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhid ailələri və azyaşlı övladları ziyarət edilib

Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb, şəhid övladlarına bayram hədiyyələri təqdim ediblər.

Bildirilib ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikada neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək gül balaların istifadəsinə verilib. Həmin işlər bu gün də davam etdirilməkdədir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.