YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd edilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Zəfəri ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin 80-ə yaxın övladı üçün bayram tədbiri təşkil olunub.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Parkda təşkil edilən “Şuşa uşaqların gözü ilə” adlı uşaq rəsmlərindən ibarət sərgiyə baxış keçirilib, şəhid övladları üçün əyləncəli proqram təqdim olunub.

Abdin Fərzəliyev şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, xatirə şəkili çəkdirib.

Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra bayram tədbiri Abşeron Mədəniyyət Mərkəzində davam etdirilib. Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib.

Konsertdən sonra şəhid övladları əyləncə mərkəzinə yola düşüblər. Uşaqların günlərinin əyləncəli başa çatması üçün lazımi tədbirlər görülüb, onlara bayram hədiyyələri verilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində də tədbir baş tutub.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev iştirak ediblər.

İştirakçılar əvvəlcə müəssisədə yaradılan şəraitlə tanış olub, müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra müəssisənin Akt zalında davam edən bayram tədbirində Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində görülən işlərdən danışılıb.

Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub.

Müəssisənin bütün uşaqlarına bayram hədiyyələri verilib.

DİGƏR Xəbərlər Arxiv