YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Laçın şəhər 2 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

YAP Laçın rayon təşkilatının əməkdaşı Gəray Zeynallı bayram münasibətilə uşaqları təbrik edib, Prezident İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirdiyini deyib.

Laçın şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Şəhla İsmayılova ölkəmizdə uşaqlara göstərilən xüsusi diqqətdən, onların inkişafı üçün aparılan uğurlu dövlət siyasətindən bəhs edib.

Tədbirdə uşaqların hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.