YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb

Ağstafa rayonunda Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Mədədov Asif Nəsir oğlunun və Məmmədov Asəf Mehman oğlunun doğum günləri münasibətilə anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Kolxəlfəli kənd qəbiristanlığında şəhid Asif Mədədovun, Poylu qəsəbə qəbiristanlığında isə Asəf Məmmədovun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Söhbət zamanı Vətən qəhrəmanlarının keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.