YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş keçirilib

Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, şəhid ailələri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov uşaqları bayram münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbəxtlik, dərslərində müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, ölkəmizdə uşaqlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Görüşdə şəhid övladlarına hədiyyələr təqdim edilib.

Tədbir musiqili-əyləncəli konsert proqramı ilə davam edib.