YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov YAP Saatlı rayon təşkilatında seçiciləri ilə növbəti görüş keçirib.

Görüş iştirakçıları müayinə və müalicələrin təşkilinə, doğmalarının cərrahi əməliyyatlarını uğurla həyata keçirdiyinə görə Ə.Əmiraslanovdan razılıqlarını bildiriblər.

Akademik Əhliman Əmiraslanov əminliklə vurğulayıb ki, onları narahat edən problemləri daim diqqət mərkəzində saxlayacaq, müalicə və müayinələrində ardıcıl olaraq hər zaman mümkün köməkliyi göstərəcək.

Seçicilər ölkəmizin iqtisadi cəhətdən qüdrətinin artmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə, güclü, qüdrətli Azərbaycan dövləti quruculuğundakı möhtəşəm xidmətlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.