YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirələri anılıb

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov Birinci Qarabağ müharibəsi şəhidləri İsmayıl İsmayılovun və Vilayət Rüstəmovun ailələrini ziyarət ediblər.

Həbib Misirov şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Həmçinin Göyçay rayonunda Vilayət Rüstəmovun xatirəsinə inşa olunan xatirə bulağı da ziyarət olunub.

Şəhidlərin ailə üzvləri bildiriblər ki, Vətən müharibəsində bizə zəfər yaşadan əsgərlərimiz şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu.