YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Prezidenti Cozef Bayden: Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

Bu fikirlər ABŞ Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda yer alıb.

Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin hazırkı dövrdə xüsusilə əhəmiyyətli olduğunu bildirən ABŞ Prezidenti qeyd edib ki, Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb: “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı addımlarını alqışladığını bildirən Cozef Bayden məktubunun sonunda Amerika Birləşmiş Ştatlarının davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiq qaldığını vurğulayıb .

DİGƏR Xəbərlər Arxiv