YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov Bolqarıstanın Baş naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov iyunun 1-də Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini deyən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət edildiyini bildirib.

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verilib.

Görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv