YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşanın sabiq Prezidenti III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək

Polşanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnevski III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, polşalı dövlət xadimi Forumun “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr olunan panel iclasında çıxış edəcək.
Xatırladaq ki, Aleksandr Kvasnevski hazırda Corctaun Universitetində müasir Avropa siyasəti, transatlantik münasibətlər, Mərkəzi və Şərqi Avropanın demokratikləşməsi mövzularını tədris edir.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil ediləcək Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemlərə dair geniş fikir mübadiləsi aparılacaq.