YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Baş naziri Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.
Səfərin birinci günü nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Ümummilli Liderin parkdakı abidəsi önünə tər çiçəklər düzülub, xatirəsi ehtiramla yad olunub.
Sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən danışılıb. Əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb. Qeyd olunub ki, ikitərəfli əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə dair məsələlər xüsusi yer tutur.
Türkiyənin Baş naziri diqqətə çatdırıb ki, artıq on ildən çoxdur əmək və əhalinin sosial müdafiəsi sahəsindəki hökumətlərarası saziş hər iki tərəfdən uğurla icra olunur və bəhrəsini verir.
Səlim Müslümov iki ölkənin müvafiq nazirlikləri arasında sıx əlaqələrin mövcudluğundan bəhs edib. Bildirib ki, əmək bazarı, məşğulluq, sosial təminat, əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlilliyin reabilitasiyası məsələlərində tərəflər daim bir-biri ilə informasiya mübadiləsi aparır. Eyni zamanda, vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində təcrübə mübadiləsi də mövcuddur. Xüsusilə Azərbaycan tərəfi türkiyəli həmkarlarının peşə standartlarının hazırlanması və tətbiqi, əmək münasibətlərində üçtərəfli komissiyanın (dövlət, həmkarlar ittifaqları və işəgötürənlər) fəaliyyəti, geniş əhatəli tibbi sığorta sisteminin qurulması, işsizlik sığortasının tətbiqi və onun işsiz vətəndaşların həyatındakı rolu sahəsindəki uğurlarını yüksək qiymətləndirir. Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlillər reabilitasiya məqsədi ilə Türkiyənin Pamukkaledəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davamlı olacaq. Burada müalicə keçən azərbaycanlılara yüksək xidmət göstərilib.
Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın 8-ci iclasında iştirak edəcək.