YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı 28 May – Müstəqillik günü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Gəncə şəhərində, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbdə 28 May – Müstəqillik günü münasibətilə tədbir keçirib.

Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğunda böyük stimul oldub. Qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk dəfə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbin direktoru Aqil Muxtarov və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıblar və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd ediblər. Bildiriblər ki, yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra cari məsələlərə baxılıb və YAP Kəlbəcər rayon təşkilatının Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəb ünvanı üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatı təsis edilib.

Aqil Muxtarov, Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəb ərazi partiya təşkilatına sədr seçilib.

Tədbirin sonunda Həbib Misirov məktəbin kollektivini “Şəhidlər Xatirə Bulağı”nın açılışında göstərdikləri misilsiz xidmətlərə görə YAP Kəlbəcər rayon təşkilatının Fəxri diplomu ilə təltif edib.

DİGƏR Xəbərlər Arxiv