YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında "28 May – Müstəqillik Günü" münasibətilə elmi konfrans keçirilib

YAP Xəzər rayon təşkilatında "28 May – Müstəqillik Günü" münasibətilə elmi konfrans keçirilib.

Konfransda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Namiq Əhmədov ulu öndər Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq bildirib ki, Ümummilli Lider hər zaman tarixi dəyərlərə, o cümlədən AXC-nin dövlətçilik ənənələrinə hörmətlə yanaşırdı və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayırdı. Namiq Əhmədov həmçinin bugünkü gəncliyin müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində üzərlərinə düşən məsuliyyəti tam dərk etdiklərini diqqətə çatdırdı.

Çıxış edən 181 saylı tam orta məktəbin tarix müəllimi Arzu Yaqubova AXC-nin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu vurğulayıb.

Çıxış edən 156 saylı tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova  qeyd edib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsası qoyulan demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir.