YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Avropalı deputatların bu qərarı heç bir təsir gücünə malik deyil

«Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə təəssüf hissi doğurur. Bu qərar hüquqi baxımdan da absurddur». Bu fikirləri Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil. Onun sözlərinə görə, Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər.

«O zaman onlardan soruşmaq lazımdır ki, 23 il əvvəl hamının gözü qarşısında baş vermiş, aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda bu məsələlər haqqında da  qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? Amma buna inanmaq çox çətindir»- deyə, A.Quliyev vurğulayıb.