YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Elnur Allahverdiyev, Ülvi Quliyev, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri iştirak ediblər.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgərdərov bildirib ki, 2 ilə yaxın mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığı qeyd olunub.

Sonda Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.