YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Respublika Gününə həsr olunmuş “kəndirlə mübarizə” idman növü üzrə çempionat keçirilib

Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin, Şuşa Rayon Təhsil Sektorunun və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Şuşa rayon məktəbləri arasında 28 May - Respublika Gününə həsr olunmuş “kəndirlə mübarizə” idman növü üzrə çempionat keçirilib.

Yarışdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, beynəlxalq dərəcəli idman ustası Elnur Şıxəliyev, Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov, YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib komandalara diplom və medallar təqdim edilib.