YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi ziyarət olunub

Milli Məclisinin deputatı Aqil Məmmədov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ziyalı və tələbələrlə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Deputat Aqil Məmmədov 30 illik işğal ərzində erməni vandallarının bütün sərvətlərimizi vəhşicəsinə taladıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində düşmən tərəfindən 22 muzey dağıdılaraq talan edilib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu gün Kəlbəcərdə böyük quruculuq işlərinin görüldüyünü söyləyən deputat tezliklə Tarix-Diyarşünaslıq Muzeyinin də yenidən ziyarətçilərin istifadəsinə veriləcəyinə əminliyini ifadə edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Ümummilli Liderin Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü böyük işlər bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva​ tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də yenidən həyat qayıdır.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov mərhum alim, filologiya üzrə fəlsəfə doktoru Şamil Əsgərovun min bir zəhməti sayəsində yaradılmış muzeyin zənginliyindən bəhs edib.

DİGƏR Xəbərlər Arxiv