YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı “Baksol yolu, 89” ünvanı üzrə ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş iclasda Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış partiya olduğu vurğulanıb. Qeyd olunub ki, ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Bildirilib ki, partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir.

Çıxışlardan sonra cari məsələlərə baxılıb. Fikrət Əliyev yeni ərazi partiya təşkilatının sədri, Zərifə Arzumanova isə sədr müavini seçilib.