YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stokholmda 28 May – Müstəqillik Günü münasibətilə “Salam Qarabağ” adlı konsert baş tutub

İsveçin paytaxtı Stokholm şəhərində 28 May - Müstəqillik Günü münasibətilə “Salam Qarabağ” adlı konsert baş tutub.

İsveç-Azərbaycan Dərnəyi "SAF” diaspor təşkilatı tərəfindən keçirilən tədbirdə, krallıqda yaşayan həmyerlilərimiz və türk diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən İsveç-Azərbaycan Dərnəyi “SAF”-ın rəhbəri Sevda Dadaşova 28 May - Müstəqillik Gününün tarixindən, xalqımızın azadlıq uğrunda apardığı mübarizədən bəhs edib. Diaspor fəalı iyirminci əsrin sonlarında böyük çətinliklər hesabına Azərbaycanın istiqlaliyyətini yenidən bərpa etməsindən, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında, eləcə də İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun qəhrəmanlığından bəhs edib.

Tədbirdə digər çıxış edənlər Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, şəhid və qazilərimizi hörmətlə anıblar.

Tədbirin bədii hissəsində ölkəmizdən təşrif buyuran musiqiçilər, həmçinin Stokholmda yaşayan sənətçilər Bora Serbülent və Elnur Muradov səhnəyə çıxıb, tamaşaçılar qarşısında repertuarlarından ən sevilən mahnılarını ifa ediblər.