YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Şamaxıda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan şəhid Zərbaliyev Ziyad Nəriman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Aparat əməkdaşları şəhidin uyuduğu məzarı ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Ziyadın və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək. 

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.