YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının Xocavənd rayon Mədəniyyət Müəssisələri üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bu münasibətlə keçirilən təsis iclasında əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və başqaları çıxışlarında bildiriblər ki, partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.

Vurğulanıb ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP sıralarında 800 minə yaxın üzvü birləşdirərək böyük gücə çevrilib,

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Aqil Cəfərov yekdilliklə Xocavənd rayon Mədəniyyət Müəssisələri ərazi partiya təşkilatının sədri, Minayə Hüseynova isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv