YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanin təhlükəsizliyinə və rifahina mühüm töhfə verən liderlər: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan!

Seyfəddin Əliyev

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri

 Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri regionun və dünyanın təhlükəsizliyinə və rifahına mühüm töhflər  verir.

Türkiyə Cumhuriyyətində istifadəyə verilən Rizə-Artvin Hava Limanı qardaş ölkənin inkişafını göstərməklə yanaşı, həmçinin dünyaya başqa bir mesaj verdi.  İnşası başa çatdırılan bu möhtəşəm projenin açılışında hörmətli Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyevin iştirak etməsi isə Azərbaycan-Türkiyə əlaqələrinin, münasibətlərinin, qardaşlığının ən yüksək səviyyəsini və müntəzəm inkişafda olduğunu bir daha nümayiş etdirdi. Dünyada Azəbaycan-Türkiyə münasibətlərinin bənzərini, təhlükəsizliyə və rifaha xidmət edən qardaşlıq nümunəsi tapmaq mümkün deyil.

Bizim bu münasibətlərimiz, qardaşlığımız 2020-ci ilin Vətən müharibəsində özünü daha parlaq şəkildə göstərdi. 44 gün davam edən döyüşlərdə bütün Türkiyə ictimaiyyəti xalqımız kimi rəşadətli ordumuzdan Qələbə gözləməklə bu arzu ilə yaşayırdı.

Türkiyə cumhiriyyəti, bütün türk xalqı 44 gün davam edən döyüşlərdə ölkəmizin yanında oldular, haqlı mövqeyimizi, ərazi bütövlüyümüzü qətiyyətlə müdafiə edərək, birmənalı və qəti şəkildə Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Azərbaycanın Vətən müharibəsi qardaşlığımızı daha da möhkəmləndirdi, qüdrətləndirdi və sarsılmaz etdi. Böyük öndərlərimiz olan Heydər Əliyevin "Bir millət-iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" müdrik kəlamları bir daha real həyatımızda öz təsdiqini tapdı. Azərbaycan Respublikasının  Prezident İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində 44 günlük müharibıdə əldə olunan bu Qələbənin bizim müştərək, ortaq şanlı tariximiz olduğunu bildirərək deyib: "Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Hazırda Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə Prezident cənab İlham Əliyevin liderliyi ilə nail olub, öz tarixi inkişafının zirvəsinə yüksəlib. Türkiyə isə hörmətli Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə  dünyanın qüdrətli, güclü, aparıcı ölkələrindən birinə çevrilib. Güclənən iki qardaş dövlətin strateji müttəfiqliyi cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bütün regionun və həmçinin dünyanın təhlükəsizliyinə və inkişafına mühüm töhfələr verir. Bütün bunların fövqündə Azərbaycan-Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı və Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu  təsdiq edir. Hər iki dövlət sülhün təmin edilməsi, insanların rahat-təhlükəsiz yaşaması, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi, əlaqələrin genişlənməsi üçün səylərini əsirgəmirlər. Bax bütün bunlar regionun, insanlığın nikbin və təhlükəsiz gələcəyinə xidmət edir. Allah dövlətlərimizi, xalqlarımızı qorusun! Əminik ki, Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, bərabərliyi bundan sonra da daim regionun və dünyanın xoşbəxt gələcəyinə mühüm töhfələr verəcək!