YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elgin Abbaslının doğum günündə xatirəsi anılıb

Şəhid Abbaslı Elgin Ağayar oğlunun doğum günü uyuduğu Sumqayıt Şəhidlər xiyabanında məzarı yanında qeyd olunub.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Şöbəsinin rəis müavini Ramin Bayramov, partiya fəalları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Sumqayıt Şəhidlər xiyabanında uyuyan Birinci Qarabağ müharibəsi şəhidləri Cabbarov Taleh Cəmil oğlu və Kərimov Müşfiq Bəhman oğlunun da məzarları ziyarət olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun şücaətindən danışıb.

Çıxışlarda Şəhid Elgin Abbaslının Vətənə bağlılığından, keçdiyi döyüş yolundan, qəhrəmanlığından geniş söhbət açılıb.

Sonra şəhidin məzun olduğu Laçın rayon 21 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin ailə üzvləri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.