YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayılda rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçiriblər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov Prezident İlham Əliyevin cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini söyləyib.

Cəbrayıl RİH başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ağsaqqalların rayonun ictimai- siyasi həyatında göstərdikləri fəallıqdan danışıblar.

Daha sonra çıxış edən rayon Ağsaqqallar Şurasının üzvləri Mərkəz Paşayev, Həsən Əhmədov, Musa Quliyev, Vaqif Əlisoy, Vahid Alışov, Taryel Abbaslı 44 günlük Vətən müharibəsidə qazanılan Zəfərin nəticəsi olaraq doğma torpaqlarımıza qayıdışla əlaqədar fikirlərini söyləyiblər.