YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Elxan Muradov doğum günündə anılıb

Sabirabad rayonun Əhmədabad kəndində Vətən müharibəsi şəhidi Muradov Elxan Murad oğlu doğum günündə anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədr müavini Ağadadaş Həsənov və partiya fəalları, RİH-in şöbə müdiri Müslüm Rzayev, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, idarə və müəssisə rəhbərləri, şəhidin valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüb,  ruhuna dualar oxuyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Şəhid ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini çatdırıblar.