YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları konteksində dumradan inkişaf edir. Qara dənizin üzərində inşa edilən nəhəng layihə, Rize-Artvin Hava Limanının açlış mərasimində də  iki qardaş ölkənin Prezidentlərinin birgə iştirakı həm ölkələrimiz arasında olan qardaşlıq və  strateji müttəfiqlik münasibətlərimizin göstəricisi həm də ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat  kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir. Hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici faktordur. Açılan hər yeni hava limanı da yaradılan hər müəssisə də regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir nüddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli hava limanında qardaş ölkənin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğaının da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdiliməsi əzminin göstəricisi idi. 2021-ci il iyun ayının 15 -də Şuşada imzalanan Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi. Bu bəyannamə bir millət iki dövlət anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda Şuşa bəyannaməsi hazırki mürəkkəb tarixi mərhələdə  hər şeydən öncə milli təhlükısizliyimiz baxımından strateji çağırış idi. Yeni açılan Rizə-Artvin hava limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu. İki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı. Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perespektivlər deməkdir.