YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək

«Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət ölkəmizin uğurlarının əsas təməl prinsiplərini təşkil edir. Dünyanın, o cümlədən, inkişaf etmiş ölkələrin böyük iqtisadi böhranlar yaşadığı, iqtisadi maliyyə çətinlikləri ilə üzləşdiyi bir dövrdə Azərbaycanın qeyd edilən nəticələrə imza atması olduqca sevindirici haldır. Bu isə ölkəmizin uğurlarına sevinməyən, dövlət maraqlarımıza qarşı düşmən münasibət sərgiləyən bir sıra bədxahlara verilmiş ən yaxşı cavabdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun 7 faiz artımı gələcək illərdə iqtisadi uğurlarımızın miqyasını daha da böyüdə bilər. Son illərdə Azərbaycanda turizm sektorunun, o cümlədən, digər qeyri-neft sektorlarının inkişafı ilə bağlı atılan addımların qısa zamanda müsbət nəticələr verdiyini xatırladan millət vəkili qeyd edib ki, bu, ölkəmizin gələcək dövrlərə hesablanan inkişaf strategiyasının tərkib hissəsidır.

 «Möhtərəm Prezidentimizin də vurğuladığı kimi neftin dünya bazarında kəskin ucuzlaşması belə ölkəmizin ümumi iqtisadi inkişafına təsir göstərməyib. Bu isə o deməkdir ki, Azərbaycan dövləti illərdir apardığı şaxələndirilmiş iqtisadi siyasətinin bəhrəsini görür. Əminəm ki, gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək. İqtisadi danaqlılığımız həm də digər sahələrdəki uğurlarımızın açarıdır. Artıq Azərbaycan dünyada mühüm iqtisadi tərəfdaş kimi qəbul edilir. Bunun arxasında isə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən iqtisadi syasətimiz dayanır»- deyə, komitə üzvü vurğulayıb.