YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda şəhid Qalası Kərimlinin doğum günündə xatirəsi anılıb

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidi Kərimli Qalası Müslüm oğlunun doğum günü yaşadığı Muğan qəsəbəsində qeyd olunub.

Anım mərasimində Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ziyarətçilər Muğan qəsəbəsində Vətən müharibəsi şəhidi Kərimli Qalası Müslüm oğlunun əziz xatirəsinə ucaldılmış Abidə kompleksin açılışını edib, önünə tər gül dəstələri düzüblər. Şəhidimizin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.