YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ƏPT-lərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında ulu öndər Heydər Əliyevin 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edən YAP Nizami rayon təşkilatının məsləhətçiləri Selcan Novruzova, Tünzalı Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, “Azər Manafov küçəsi 130” ərazi partiya təşkilatının sədri Ziyəddin Kazımov, “Babək prospekti 75” ərazi partiya təşkilatının sədri Aidə Bağırova, partiya fəallarından İqbal Səfərova, Billurə Şadlinskaya, Vətən müharibəsinin qazisi Miriyev Anar və başqaları bildiriblər ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Vurğulanıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını Prezident İlham Əliyev yerinə yetirib. Bu səbəbdən də bu gün Azərbaycan xalqı Ulu Öndərimizi qalib əhval-ruhiyyəsində, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi xatırlayır, xatirəsini ehtiramla yad edir.

Çıxışlardan sonra YAP-a yeni üzv olmuş şəxslərə vəsiqələr təqdim edilib, Vətən müharibəsinin qaziləri və partiya fəalları təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv