YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada vətəndaşlar arasında ideoloji maarifləndirmə üzrə görüş keçirilib

Neftçala Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə vətəndaşlar arasında ideoloji maarifləndirmə işləri ilə əlaqədar Kürkənd kəndində növbəti görüş keçirilib. 

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala RİH məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, vətənpərvər gənclərimizin göstərdikləri qəhrəmanlıqlardan, şücaətlərdən danışılıb. Şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv