YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşünülmüş siyasət Azərbaycanın və regionun gələcək inkişafına yönəlib

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Keçən il ölkəmizin həyatında yaddaqalan oldu. Əsas məqsəd keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi. Eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir  keçirilmişdir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 30 ilə yaxın müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.   

Qeyd edək ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən çox asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır.

12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev bildirib  ki,  “10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”.  

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın əsas müddəalarından biri də regionda nəqliyyat əlaqələrinin açılmasıdır. Əlbəttə, söhbət ilk növbədə Azərbaycanın qərb hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Qərb dövlətlərində fəaliyyət göstərən araşdırmalar mərkəzlərinin, ekspertlərin hazırda təhlil etdiyi əsas mövzulardan biri də məhz  Zəngəzur dəhlizidir.  Odur ki, Araz boyu dəmir yolları şəbəkəsinin açılması Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Şübhəsiz, Zəngəzur dəhlizinin açılması Azərbaycanın qərb ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat, ticarət əlaqələrini asanlaşdıracaq.  Araşdırmalar göstərir ki,  “1990-cı illərdən indiyədək Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqələri İran (700 kilometr) və ya Gürcüstan və Türkiyə (1200 kilometr) vasitəsilə mümkündür. Amma Ermənistanla Azərbaycan arasında Araz boyu nəqliyyat əlaqələrinin açılması bu məsafənin təxminən 550 kilometr azalmasına və yük daşımalarının daha da genişlənməsinə səbəb olacaqdır. Bu, Naxçıvanın inkişafına töhfə verəcək. Hazırda Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasında, region ölkələri arasında əlaqələrin normallaşdırılmasında maraqlıdır. Bunu avropalı siyasətçilərin Cənubi Qafqaz ölkələrinə son səfərləri də təsdiqləyir. Əslində, bütün yanaşmalar Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razı olduğunu göstərir. Ermənistan rəhbərliyi sərhədlərin, regional nəqliyyat marşrutlarının açılması sayəsində ölkənin fayda qazanacağını anlayır.   

DİGƏR Xəbərlər Arxiv