YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid Əsəd Həsənovun xatirəsi anılıb

Abşeron rayonunda Vətən müharibəsi şəhidi Əsəd Həsənovun doğum günü münasibəti ilə əziz xatirəsi yad olunub. 

Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov iştirak ediblər.

Ziyarətçilər şəhidin ailəsini yad edərək onlara dərin hüznlə başsağlığı verib, kapitan Həsənov Əsəd Fərhad oğlunun həyatından və keçdiyi şərəfli döyüş yolundan geniş bəhs ediblər. Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu vurğulayıblar.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Həsənov Əsəd Fərhad oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, "Ağdamın azad olunmasına görə" medalı , 3-cü dərəcəli "Rəşadət" ordeni  ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv