YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Gürcüstana rəsmi səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Naqif Həmzəyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin Gürcüstanın Prezidenti, Baş naziri və parlamentinin spikeri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 20-də başa çatacaq.