YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və Naftalan şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr həsr edilmiş minifutbol turnirinin açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev bildirib ki, turnirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, minifutbol idman növünün şəhərdə inkişaf etdirmək, habelə istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxışlarında Ümummilli Liderin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Vurğulanıb ki, dövlət başçısının xüsusi diqqəti sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib.

Daha sonra minifutbol turnirinə start verilib.

Qeyd edək ki, yarışın qalibləri YAP Naftalan şəhər təşkilatı və şəhər Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomlarla  mükafatlandırılacaqlar.