YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində saxlanılır

Ayaz Quliyev

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri  

Məlum olduğu kimi a prelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir.

İlin üç ayında Ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu,  beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edildiyini bildirmişdir.

Postmünaqişə dövründə iqtisadiyyatla, ərazilərin bərpası ilə bağlı addımların atıldığını, bütün planların yerinə yetirildiyini qeyd edən cənab Prezident beynəlxalq ictimaiyyət tərəfindən bizə həm hörmətin, həm marağın artdığını, böyük investisiya layihələrinin həyata keçirildiyini, təkcə bu ilin üç ayında bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməlinin qoyulduğunu diqqətə çatdırdı. Xarici investorlar tərəfindən inşa edilən bu stansiyalar böyük həcmdə təbii qaza qənaət etməyə və ixrac imkanlarımızı genişləndirməyə şərait yaradacaq.

Ümumiyyətlə dünyada ənənəvi enerji mənbələri sayılan neft, qaz, torf və kömür ehtiyatlarının tədricən tükənməsi, bu enerji mənbələrindən istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan, hazırda bütün dünyanı alternativ enerji növlərindən istifadə etməyə sövq edir. Alternativ enerji növləri ətraf mühitə zərər verməməsi və daha ucuz başa gəlməsi ilə digər enerji növlərindən seçilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir.

Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik Azərbaycan da ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələri ilə zəngindir.

Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsindən ibarətdir.

Karbohidrogen enerji resursları ilə zəngin olan Azərbaycan dünyada neft ölkəsi, enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, paralel olaraq ölkəmizdə alternativ enerji növlərindən istifadə olunması istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Müşavirədə ölkə başçımız yekun nitqində işğaldan azad edilmiş ərazilərdə dəbərpaolunan enerji növlərinin istehsalına diqqət çəkərək qeyd etdi: “Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq”