YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Hüseyn Həsənov doğum günündə anılıb

Şəhid Həsənov Hüseyn Vahib oğlu doğum günündə anılıb. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, şəhidin ailə üzvləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə rayonun Çiyni kəndində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Çiyni kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.

Həmçinin Birinci Qarabağ müharibəsində şəhid olmuş Hüseynov Firavan Rzaqulu oğlunun və hərbçi Bədəlov Sənan Ağarza oğlunun məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Çiyni kənd tam orta məktəbini bitirən Hüseyn Həsənov 3 iyul 2019-cu ildə Ucar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Xidmətinin 1 il 2 ay 24-cü günündə şəhid olub. Vətən müharibəsində Salyan rayonun verdiyi ilk şəhididir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə" və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.