YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimiz və idman uğurlarımızdır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Vətənpərvərlik anlayışı xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistemdir. Vətənpərvərlik Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir. Bu gün Azərbaycan gənci yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır. 44 günlük Vətən müharibəsindəki tarixi-hərbi Zəfərimiz bunun bariz təcəssümüdür. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə adlarını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu nümayiş etdirdi. 

Azərbaycan gənclər ölkəsidir. Artıq Azərbaycanda mükəmməl vətənpərvər gənc nəsil yetişib. Gənclik də yeni nəsil deməkdir. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir gənclərlə bağlı səsləndirdiyi fikirdə deyildiyi kimi: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir, yaradıcılıq eşqi, yüksək potensialı ilə dövlətimizin inkişafı naminə çalışır. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır.

Bu gün ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin  əsas tərkib hissəsidir. Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır.  Paytaxt və bölgələrdə  inşa olunan idman kompleksləri  gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır.  

Dövlət başçısının qeyd etdiyi kimi: Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə də bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır".

Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri qəbul edərkən bildirmişdir ki, güləşçilərimizin Budapeştdə əldə etdikləri böyük qələbə bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışdır. Həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olmuşlar.

İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.

Şübhəsiz, qələbə hər bir idmançı üçün çox önəmlidir. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində haqlı qələbələrini təmin etmiş, rəqibi yerinə oturda bilmişdilər. Çünki, Qələbədən daha vacib ləyaqətdir.

Ölkə başçısının qeyd etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir”

Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu müharibədə xalqımı¬zın həmrəyliyi, xüsusilə gənclərimizin göstərdiyi şücaət gələcək nəsillərə hərbi vətənpərvərlik məktəbinin bariz nümunəsi oldu.

Son olaraq Cənab Prezidentin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Məhz vətənpərvər, qəhərman, güclü gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır.

DİGƏR Xəbərlər Arxiv