YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Turab Əlisafa oğlunun və Mirzəyev Məsud Fazil oğlunun doğum günlərində xatirələri anılıb.

Bu münasibətlə təşkil olunan anım mərasimlərində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonun Ələtli kəndində şəhid Turab Quliyevin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılış mərasiminə qatılıblar. Çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, hərbçilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.

Rayonun ikinci Udullu kəndində isə şəhid Məsud Mirzəyevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Ziyarətçilər şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərin xatirələrinə hazırlanan xüsusi hədiyyələr atalarına təqdim olunub.