YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz inkişaf yolu keçib

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Son illərin tarixi reallıqları sübut edir ki, Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Bunu şərtləndirən yeganə amil isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Məhz bunun üçün də 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində görülən işlərə yüksək qiymət verən xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi seçib.

Xalqın gözü tərəzidir. Xalq yaxşı bilir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan tarixində heç zaman bu günkü kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bunu təkcə Azərbaycan xalqı yox, beynəlxalq reytinq təşkilatları da açıqladıqları hesabatlarda qeyd edirlər.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkəmizdə bu siyasətə alternativin olmadığını təsdiq etdi.

Bu gün isə qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər müstəqil Azərbaycanın təhlükəsizliyi, əmin-amanlığı, iqtisadi inkişafı naminə davam edir. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradılır, qlobal nəqliyyat-tranzit layihələri reallaşdırılır. Bu da əlbəttə ki, ilk növbədə bölgədə təhlükəsizliyin təmin olunmasını və region dövlətləri üçün iqtisadi dividendlərin əldə edilməsini şərtləndirəcək.

Hazırda Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Ölkə Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər vədini yerinə yetirdi, ilk gündən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Ən əsası isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Zəfərlə sona çatdı, ərazi bütövlüyümüz bərpa edildi, Azərbaycanın bütün sərhədləri boyunca bayrağımız dalğalandırıldı. Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəri olan ərazi bütövlüyümüzün bərpa olunması müstəqillik tariximizin ən parlaq səhifəsinə yazıldı. Qürurverici haldır ki, bu Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və gün balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik dövlət kimi tanınır.