YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri şəhidi Mikayıl Vahabzadənin xatirəsi anılıb

İsmayıllı rayonunda Maçaxi kəndindən olan şəhid Aprel döyüşləri şəhidi Vahabzadə Mikayıl Yaqub oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və bir qrup partiya fəalı şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon təşkilatının sədri Zaur Muradov şəhid Mikayıl Vahabzadənin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Bildirib ki, məhz Aprel döyüşlərdə əldə edilmiş qələbə Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizin əsasını qoyub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.