YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin Azərbaycan və Ermənistan arasında danışıqları alqışlayır

Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşü şərh edərkən belə deyib.

“Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır. Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”, - deyə Çin XİN rəsmisi bildirib.