YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad olundu. Erməni vəhşiliyinə məruz qalmış torpaqlarımızda yenidən qurma işləri məcburi koçkün düşmüş vətəndaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Lakin düşmən azad olunmuş ərazilərə yüz minlərlə mina, çoxlu sayda partlamamış hərbi sursatlar basdırıb ki, bu da əhali üçün ciddi təhlükə yaradır.

Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 44 günlük vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edərək deyib ki, Azərbaycan Ordusunun cəsur zabit, gizir və əsgərləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində inşa etdiyi nəhəng istehkamları, minaladığı hektarlarla cəbhə xətlərini yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. İşğaldan azad olmuş torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini Abbas Pənahov deyib ki, 10 noyabr üç tərəfli Bəyannaməsindən indiyədək Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə basdırılmış minaların partlaması nəticəsində 200-dən çox azərbaycanlı ya həlak olub, ya da müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) aparıcı mütəxəssisi Zamiq Aslan çıxış edərək mina təhlükəsizliyindən ətraflı danışaraq, ANAMA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Tədbir daha sonra müzakirələr və təlimçi Sürayyə Səfərovanın iştirakı ilə seminar formatında davam edib.