YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Ruslan İsmayılovun doğum günü qeyd olunub

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Ruslan İsmayılovun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilatlarının sədrləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, RİH-in şöbə müdiri Sərdar Balayev, qazilər və gənclər Göygöldəki Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Mərasim iştirakçıları Çaykənd kəndində şəhidlərin xatirəsinə inşa olunmuş bulaq kompleksini və Ruslanın ailəsini də ziyarət ediblər.

Görüş zamanı Ruslan İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailəsinə təqdim edilib. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.